Avqust 19, 2025-1:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Səməd Seyidov: Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni mərhələyə yüksəlib

2024:05:29 - 13:40
in SİYASƏT
A A

Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni mərhələyə yüksəlib. AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Moskvada keçirilən Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbulda deyib.“Çox çətin, mürəkkəb, qanlı və problemli bir dövrdə biz əlaqələrimizi qoruyub saxlaya, onları inkişaf etdirə bildik. Biz bu gün dünyaya qonşu ölkələr arasında münasibətlərin nümunəvi formatını təqdim etmək iqtidarındayıq. Azərbaycan Rusiya ilə strateji münasibətlərə malikdir”, – deyə Səməd Seyidov bildirib.O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin 2001-ci ildə ölkəmizə səfərindən sonra Azərbaycan-Rusiya münasibətləri tamamilə yeni bir mərhələyə keçib. “Bu gün bütün sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrimiz yüksəlir. Azərbaycan parlamentinin Beynəlxalq əlaqələr komitəsi Rusiya Federasiyasının dəvəti ilə Moskvada çox yüksək səviyyədə görüşlər keçirdi. Rusiya Federal Məclisi Beynəlxalq əlaqələr komitəsinin sədri Qriqori Karasin, Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski ilə səmərəli danışıqlarımız oldu”, – deyə deputat qeyd edib.S.Seyidov, həmçinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun (MDBƏİ) tələbə-müəllim heyəti ilə görüşlərindən də danışıb və orada təhsil alan azərbaycanlı tələbələrlə maraqlı dialoq apardıqlarını vurğulayıb.Azərbaycan-Rusiya əlaqələrinin bütün sahələrdə genişləndiyini diqqətə çatdıran deputat sonda əlavə edib: “Bizi ayırmaq, fürsətdən istifadə edərək üçüncü ölkə kimi regiona müdaxilə etmək istəyən qüvvələr iflasa uğrayıb. İndi bizim yolumuz regionda sülhü, tərəqqini, qonşuluq əlaqələrini ən yüksək səviyyədə təmin etməkdir”.

Əvvəlki Yazı

Dünya Bankının Qadın, Biznes və Hüquq reytinqində Azərbaycan 35 pillə irəliləyib

Növbəti Yazı

Növbəti köç karvanı Xocalıya çatıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.