Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.“Report”un Qərb bürosunun məlumatına görə, 2006-cı il təvəllüdlü Laləzar Əhmədova mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.O, xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.Qeyd edək ki, zərərçəkən Şəmkir şəhərində yerləşən marketlərin birində çalışır.Faktla bağlı araşdırma aparılır.