Ermənistan tərəfi Azərbaycan ərazilərində özlərinə aid meyitlərin axtarılması və aparılması prosesində heç bir çətinliklə üzləşmədi.
“Report” xəbər verir ki, bu barədə İtkin düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) “Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimatında Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini general-leytenant Şərafət Həsənov deyib.
O bildirib ki, Azərbaycan 44 günlük hərbi əməliyyatlardan sonra ermənilərə əməkdaşlıq nümunəsi göstərib:
“Bu işdə onlara hərtərəfli dəstək göstərilib. Ermənistan tərəfi isə itkinlər və əsir-girovlar məsələsində qeyri-konstruktiv, qeyri-humanist mövqe sərgiləyib”.