May 9, 2025-21:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şərqşünas alim Roida Rzayeva Ankarada beynəlxalq konqresdə məruzə edib

2023:10:13 - 11:08
in SOSİAL
A A

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, professor Roida Rzayeva Ankarada keçirilən XXI Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konqresində iştirak edir.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Türk dünyasında akademik, sosial, iqtisadi və təhsil sahələrində əməkdaşlığı hədəfləyən beynəlxalq konqres Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Qazi Universitetində təşkil edilib. Tədbirə 14 ölkədən iştirakçı qatılıb.

Azərbaycanlı alim konqresdə “Türk dünyası və strateji siyasətin fəlsəfəsi: yumşaq güc və media” mövzusunda məruzə ilə çıxış edib. Alim məruzəsində istər siyasi və iqtisadi, istərsə də mədəni müstəvidə baş verən bir çox hadisələrin Türk dövlətlərinin rifahının, inkişafının və təhlükəsizliyinin bir-birindən yüksək dərəcədə asılı və bunların kəsişən məqamların olduğunu bir daha nümayiş etdirdiyindən bəhs edib. Hazırda ümumi strateji baxışın yaradılmasında regional təşkilatların əhəmiyyətinin artdığı vurğulanıb. Bu məqsədlərə xidmət edən platformalardan biri də Türk Dövlətləri Təşkilatıdır.

Diqqətə çatdırılıb ki, müasir ictimai-siyasi reallığın təhlili informasiya təhlükəsizliyinin təmin edilməsi zərurətini və qlobal dinamikaya əsaslanan baxışın formalaşdırılması məqsədini ortaya qoyur. Dünyada baş verən sürətli dəyişikliklər qarşısında regional səviyyədə ehtiyacları qarşılamaq üçün Türk dünyasının geosiyasi müstəvidə ortaya çıxan reallıqlara uyğunlaşması, xüsusilə də son dövrlərdə baş verən müharibələr səbəbindən, daha da aktuallaşıb. Bu səbəbdən Türk dünyasının, xüsusən də informasiya və media sahəsində, uyğunlaşma və transformasiya qabiliyyətinin əhəmiyyəti gündən-günə artır. Məruzədə müasir siyasətdə media siyasətinin “yumşaq güc” vasitəsi kimi çıxış etdiyi qeyd olunub.

Alimin məruzəsi maraqla qarşılanıb. Konqres iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.

Əvvəlki Yazı

Estoniyada fəaliyyət göstərən Azərbaycan həftəsonu məktəbi ölkəmizin mədəniyyətinə dair dərslər təşkil

Növbəti Yazı

ABŞ İsrailə hava hücumundan müdafiə sistemləri və sursat təhvil verdiyini açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.