Naxçıvanda cari ilin iyun ayı ərzində suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin tabe idarələri tərəfindən kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb.Agenikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Şərur Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən rayonda kanallarda 4,6 kilometr, kəndlərin ara arxlarında 2 kilometr lildən təmizlənmə işləri aparılıb, torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədi ilə kollektorlar lildən təmizlənib. Belə ki, görülən işlər nəticəsində Şərur rayonunda 2,1 kilometr uzunluğunda kollektor lildən təmizlənib, rayonun 26 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb.Şərurda əhalinin içməli su təminatını yaxşılaşdırmaq üçün 0,08 kilometr uzunluğunda mövcud içməli su xətlərində təmir-bərpa işləri aparılıb. Suvarma mövsümünü mütəşəkkil şəkildə davam etdirmək məqsədilə təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri görülüb. Belə ki, mövcud suvarma boru xətlərinin 85 metr hissəsində təmir-bərpa işləri yerinə yetirilib.Nasos stansiyalarında və təzyiqli boru xətlərində də cari təmir işləri davam etdirilib, yeni təzyiqli boru xətti çəkilib. Şərur rayonunda “Dərəkənd”, “Xələc”, “Ərəbyengicə” və “Ağbulaq-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,09 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.