Səudiyyə Ərəbistanı rəsmilərindən ibarət nümayəndə heyəti 30 ildən sonra ilk dəfə İordan çayının qərb sahilindəki Fələstin ərazilərinə gəlib. Bu barədə Agence France-Presse yerli rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə krallığın Fələstindəki yeni səfiri Naif əl-Sudeyri də daxildir. O, yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 14:00) etimadnaməsini Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasa təqdim etməlidir. (Tass)