Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bildirib ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Ər-Riyadda raket hücumunu dəf edib.
X-də dərc olunmuş mətndə deyilir: “Hava hücumundan müdafiə sistemləri Ər-Riyadda ballistik raket hücumlarını dəf edir”.
Daha əvvəl Reuters agentliyi krallığın paytaxtında partlayış səsləri barədə məlumat vermişdi.
