Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səud Məsud Pezeşkianı İranda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik ediblər.
Agentliyin mətnindən sitat gətirdiyi təbrik teleqramında Səudiyyə monarxı “iki qardaş ölkə və xalq arasında əlaqələrin daha da inkişaf etdirilməsinə, eləcə də hər iki ölkədə təhlükəsizliyin və sülhün möhkəmləndirilməsi məqsədilə koordinasiya və məsləhətləşmələrin davam etdiriləcəyinə ümid etdiyini bildirib”.
Vəliəhd öz növbəsində qeyd edib ki, Səudiyyə Ərəbistanı “iki ölkə və xalqın ümumi maraqlarına xidmət edən əlaqələri inkişaf etdirməyə və dərinləşdirməyə” çalışır. Vəliəhd şahzadə seçilmiş prezidentə ünvanladığı teleqramda həmçinin İslam Respublikası üçün “daha da irəliləyiş” arzulayıb. (Tass)