Sabirabad rayonunda “VAZ” markalı minik avtomobillərin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası axşam saatlarında Sabirabad rayonunun Qaragüney kəndi ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Aslanov Vahid Heybət oğlu, Aslanova Xanımzər Cavanşir qızı, Aslanova Zəkiyyə Rahil qızı, Cəfərov Cavanşir Məmmədağa oğlu, Qasımov Lətif Həşimxan oğlu, Cəfərova Hicran Ədil qızı, Vəsilov Samit Ağahüseyn oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.