İyun 17, 2025-9:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şabranda “Vibe of Nature” simpoziumu başa çatıb

2023:10:11 - 13:00
in MƏDƏNİYYƏT
A A

Oktyabrın 2-dən 9-dək Şabranda müasir Azərbaycan rəssamlarının iştirak etdiyi “Təbiətin vibrasiyaları” adlı simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, simpozium Birləşmiş Rəssamlar Klubunun təşəbbüsü ilə “Çardaq” qrupunun art-platforması ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Rəssamlar İttifaqı və “Shabran Wellbeing Resort” otelinin dəstəyi ilə təşkil olunub. Layihənin kuratoru qismində Azərbaycanın tanınmış rəssamı Bəhram Xəlilov çıxış edib.

Tədbirdə rəssamlar Anar Hüseynzadə, Zümrüd Hüseynzadə, Elşən Qaraca, Şəbnəm Qaraca, Aydın Əsgərov, Anar Bəylər, Salihə Bəylər, Təranə Vaqifqızı, Vəfa Yüzbaşıyeva, Nigar Familsoy, Vüsalə Ağarazıyeva iştirak ediblər.

AZƏRTAC-a simpoziumun işi barədə Bəhram Xəlilov məlumat verib: “Açıq havada və emalatxanalarda dərslər keçirilib, “Çardaq” qrupunun yaradıcısı Elşən Qaracanın otelin qonaqları ilə vahid və geniş formatlı tablonun yaradılması üzrə interaktiv sessiyası, Vəfa Yüzbaşıyevanın keramika, Anar Hüseynzadənin isə rəsm tablosunun çəkilməsi ilə bağlı ustad dərsləri təşkil olunub. Tədbirin musiqili hissəsi qrupun musiqi rəhbəri Anar Bəylər tərəfindən təqdim edilib, onun müşayiəti ilə şairə Salihə Bəylər öz yeni şeirlərini oxuyub. Ətraf aləmin yaradıcı insanlar tərəfindən dərk edilməsinə həsr olunmuş tematik söhbətlər aparılıb.”

“Simpoziumun konsepsiyası musiqi və təsviri sənət vasitəsilə təbiətlə ünsiyyətin ifadəsindən ibarət idi. Tədbirimizin keçirilməsinə imkan yaratdığına görə Azərbaycan Rəssamlar İttifaqına və Şabran Sağlamlıq Resort otelinin administrasiyasına öz minnətdarlığımızı bildiririk”, – deyə Bəhram Xəlilov sözlərinə əlavə edib.

Simpoziumun nəticələri ilə yaxın vaxtlarda İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində keçirilən hesabat sərgisində tanış olmaq mümkün olacaq.

Əvvəlki Yazı

Peskov: “Rusiya İsrail və Fələstin arasında nizamlamada rol oynayacaq

Növbəti Yazı

Antiterror tədbirləri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üçün zəmin yaradıb – AÇIQLAMA

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.