Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub.”Report”un Şimal bürosunun məlumatına görə, Bakı-Quba yolunda yük maşınının dəmir yolu xəttinə aşması nəticəsində ağır bədən xəsarətlərindən ölən iki nəfər – Naxçıvan sakinləri – 1985-ci il təvəllüdlü Əskərov Rəşid Məmmədtağı oğlu və 2006-cı il təvəllüdlü Məhərrəmov İnşallah Cəsur oğludur.Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.