İyul 9, 2025-15:18
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Sabunçuda soyğunçuluq edən şəxslər saxlanılıblar

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər.

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.