Avropa İttifaqının dağılması ssenarisi mümkündür, bu struktur kifayət qədər kövrək olaraq qalır. Bunu TASS-a müsahibəsində amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.
Bu gün Avropa Birliyinin dağılması ehtimalı varmı sualına amerikalı iqtisadçı müsbət cavab verib.
“Bəli, belə bir ssenari mümkündür, çünki Aİ kifayət qədər kövrək struktur olaraq qalır”, – o qeyd edib. “Mən hesab edirəm ki, Avropanın modernləşməyə və güclənməyə ehtiyacı var – güclü Avropa həm Avropanın özünə, həm də bütövlükdə dünyaya xeyir verəcək. Amma bunun əvəzinə Aİ sadəcə dağılacaq”. (Tass)