ABŞ prezidenti Donald Tramp tərəfindən süni intellekt və kriptovalyutalar üzrə siyasətə nəzarət etmək üçün təyin edilmiş investor David Sachs hesab edir ki, Yaxın Şərq ölkələrində rejim dəyişikliyi çox vaxt xaosa və vətəndaş müharibələrinə gətirib çıxarır.
“İraqın keçmiş prezidenti Səddam Hüseynin [keçmiş Liviya lideri Müəmmər] Qəddafinin, [Suriyanın keçmiş prezidenti Bəşər] Əsədin devrilməsi bizə nə verdi? Xaos, vətəndaş müharibəsi, soyqırım”, – Saks X-də yazıb.
Onun sözlərinə görə, “rejim dəyişikliyi əməliyyatları” çox vaxt Yaxın Şərqdəki vəziyyəti daha da pisləşdirir. (Tass)