May 16, 2025-15:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şagirdlərin sınaq imtahanlarına məcburi cəlb edilməsi ilə bağlı tapşırıq verilməyib – rəsmi açıqlama

2024:01:17 - 14:15
in SOSİAL
A A

Son günlər müxtəlif sosial şəbəkələrdə və saytlarda Naxçıvanın ümumtəhsil məktəblərində şagirdlərin sınaq imtahanları üçün hazırlıq kurslarına cəlb olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna daxil olan məlumatda deyilir: “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hər hansı bir hazırlıq kursu və ya reptitorluq fəaliyyəti ilə məşğul olan şəxslərlə sınaq imtahanlarının keçirilməsi ilə bağlı əməkdaşlığı yoxdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin sınaq imtahanlarına məcburi cəlbi ilə bağlı təhsil müəssisələrinə tapşırıq verilməyib.

Məlumat sosial şəbəkələrdəki həmin yazılarda adıçəkilən hazırlıq kursunun rəhbəri tərəfindən təkzib edilib, məlumatın yalan olduğu bildirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olaraq valideynləri bir daha məlumatlandırırıq ki, övladlarınızın sınaq imtahanlarında iştirak edib və ya etməməklə bağlı qərarı yalnız sizə məxsusdur.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi yalnız Dövlət İmtahan Mərkəzinin buraxılış sınaq imtahanının keçiriləcəyi ilə bağlı məlumatını rəsmi instaqram səhifəsində paylaşıb.

Əlavə olaraq bildiririk ki, 2023-cü il dekabrln 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Ümumimilli Lider Heydər Əliyevin 100 illiyinə və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş Azərbaycan dili, Riyaziyyat və Xarici dil fənlərindən olmaqla, fənn müsabiqəsi keçirilib. Həmin müsabiqədə muxtar respublikanın ümumi təhsil müəssisələrinin 16000-ə yaxın 8-9-10-11-ci sinif şagirdləri ödənişsiz olaraq iştirak edib. Müsabiqə qalibləri 2023-cü ilin tədris yekunlarına həsr edilmiş tədbirdə mükafatlandırılıb.

Hər hansı fakta söykənməyən, rəsmi təsdiqini tapmayan dəqiqləşməmiş məlumatların media qurumlarında paylaşılması peşəkar jurnalistika anlayışına ziddir. Media nümayəndələrinə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi ilə bağlı məlumat paylaşarkən media üzrə məsul əməkdaşımız vasitəsilə məlumatı dəqiqləşdirməyi tövsiyə edirik”.

Əvvəlki Yazı

Neftçalada avtomobillər toquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb

Növbəti Yazı

“Utancaq qız” yenidən Musiqili Teatrın səhnəsində

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.