İyul 1, 2025-21:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şahdağ Avrasiya Dağ Kurortları Alyansının üzvü olub

2023:11:16 - 16:04
in MƏDƏNİYYƏT
A A

Noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisi (Tashkent International Tourism Fair 2023) çərçivəsində “Şahdağ” Turizm Mərkəzi ilə Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

“Şahdağ” Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sənədə əsasən Şahdağ yeni yaranmaqda olan Alyansın üzvü seçilib.

Avrasiya Dağ Kurortları Alyansı arasında əməkdaşlıq haqqında memorandumu “Şahdağ Turizm Mərkəzi” QSC-nin sədri Rüstəm Nəcəfov imzalayıb.

Sənəd dağ kurortları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, Alyansa üzv ölkələrdə turizm mərkəzlərinin təşviq edilməsinə, eləcə də kombo turların hazırlanmasına, idman yarışlarının keçirilməsinə və birgə təlimlərin təşkilinə imkan yaradacaq.

Tədbirdə çıxış edən Rüstəm Nəcəfov Alyans üzvlərinə “Şahdağ” Turizm Mərkəzinin fəaliyyət istiqamətləri, kompleks ərazisində yerləşən hotellər və turizm xidmətləri, eləcə də əyləncə növləri haqqında ətraflı məlumat verib.

Xatırladaq ki, Avrasiya Dağ Kurortları Alyansı bu ilin iyun ayında təsis edilib. Alyansa Rusiyanın “Roza Xutor”, Qazaxıstanın “Şımbulak” və Özbəkistanın “Əmirsoy” Dağ Kurortları daxildir. Bu ilin oktyabr ayında Rusiya Federasiyasının Soçi şəhərində baş tutan “Turizm ərazilərinin forumu” tədbiri çərçivəsində adı çəkilən dağ kurortları ilə “Şahdağ” Turizm Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair ilk müzakirələr keçirilmiş, vahid Avrasiya dağ marşrutlarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılmışdı.

Qeyd edək ki, noyabrın 17-dək davam edəcək Daşkənd Beynəlxalq Turizm Sərgisində (Tashkent International Tourism Fair 2023) “Şahdağ” Turizm Mərkəzinin turizm imkanları tanıdılır.

Əvvəlki Yazı

Milli Kitabxanada “Elçin. Biblioqrafiya” kitabının təqdimatı keçirilib

Növbəti Yazı

Elmar Bayramovun “Nəfəs” filmi Haaqa Beynəlxalq Film Festivalının əsas proqramına daxil edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.