Qarabağ bölgəsində keçirilən antiterror tədbirləri zamanı Azərbaycanın suverənliyi bütün ərazilərdə bərpa edilib.
“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında deyib.
O bildirib ki, antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılan zəfərin məntiqi davamı və yekunudur.