Milli Məclisin spikeri Sahibə Qafarova “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəzi deputatların iradlarına narazılıq edib.
“Report”un məlumatına görə, sədr təəssüflə bildirib ki, bir neçə çıxışda dövlət büdcəsi barədə nəsə deyilmədi.
“Niyə bir söz tapıb, Xankəndinin büdcəsi barədə nəsə deyilmədi? Sonra da deyirsiniz ki, xanım sədr müdaxilə edir. Müdaxilə etməyim bəs nə edim? Biri deyir insanlardan qaçırıq. Biz nə zaman camaatdan qaçırıq?! Bu VI çağırışda deputatlar xalqla bir yerdə olan vaxtı bundan əvvəl nə vaxt olub? Niyə məni bunu deməyə məcbur edirsiniz? Razi müəllim sizə isə tövsiyə edirəm ki, çıxışlarınızın statistikasına baxasınız- qoçuluq və s. Siz nazirlikləri, dövlət qurumlarını nədə ittiham edirsiniz – qoçuluqda? Danışanda fikirləşin!”, – S.Qafarova əlavə edib.
Qeyd edək ki, parlamentin bugünkü plenar iclasında deputat Razi Nurullayev bəzi nazirləri qoçuluqda ittiham edib.