Avqust 16, 2025-17:12
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Sahibə Qafarova Özbəkistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak etmək üçün sözügedən ölkəyə işgüzar səfərə gedib.

Bu barədə Teleqraf-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ürgənc şəhərinin beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin spikeri Sahibə Qafarova Özbəkistanın Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumunda iştirak edəcək.