“Report” xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Qərbi Azərbaycana qayıdış” istiqaməti üzrə icra edilən layihələrə dair brifinqdə deyib.
Onun sözlərinə görə, deportasiya olunmuş xalqların əsas hüquqlarından biri onların tanınmasıdır:
“Bu, çox vacib məsələdir və bu gün deportasiya olunmuş insanlarımız bu hüququn tanınmasına böyük önəm verirlər. Tarix boyu deportasiya olunmuş insanlarımızın hüquqları artıq cəmiyyət, eləcə də dövlət səviyyəsində tanınmağa başlanıb. Ölkə rəhbərliyi, xüsusilə dövlət başçısı bu məsələyə diqqət göstərir. Milli Məclisdə bu mövzuda müzakirələrin aparılması isə bu dəstəyin göstəricisidir. Eyni zamanda qeyri-hökumət təşkilatlarının bu istiqamətdə fəaliyyəti də mühüm nəticələr verir.
S.Məmmədov bildirib ki, Ermənistan tərəfi isə bu məsələyə qarşı müxtəlif hüquqi və inzibati maneələr yaratmaqla məşğuldur:
“Onlar doğma vətənlərinə qayıtmaq istəyən insanlarımız üçün süni hüquqi çətinliklər yaradırlar. Bu isə onların narahat olduğunu və bu məsələnin onlar üçün nə qədər ciddi olduğunu göstərir. Bu istiqamətdə əldə edilən uğurlar çox önəmlidir və bu nailiyyətlərdə vətəndaş cəmiyyəti institutlarının rolu böyükdür”.