Avqust 12, 2025-17:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Sahibkarlığın İnkişafı Fondu 11 ayda 147 milyon manatdan çox güzəştli kredit verib

2023:12:08 - 14:18
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu bu ilin 11 ayı əzrində 2 840 layihəyə 147,4 milyon manat vəsait ayırıb.

“Report” xəbər verir ki, bunu fondun sədr müavini Eldar Həmidov bu gün Bakıda keçirilən “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi”ndə deyib.

O qeyd edib ki, bu, ötən illə müqayisədə 497 layihə çoxdur: “Verilən güzəştli kreditlərin məbləği 28 milyon manat artıb. Əsas məqam regionlarda fəaliyyət göstərən sahibkarların dsətəklənməsidir. Bu il verilən kreditlərin 71 %-i regionların payına düşür”.

O vurğulayıb ki, Sahibkarlığın İnkişafı Fondunun 30 ildən çox fəaliyyət göstərdiyi dövr ərzində əsas missiyalarından biri dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirilməsi olub: “Fondun fəaliyyət dövrü ərzində 45 600–dən artıq layihəyə 3 milyard manata yaxın güzəştli kredit ayrılıb və 182 000 iş yerlərinin açılması nzərdə tutulub.

E. Həmidov deyib ki, işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın dəstəklənməsi üçün sahibkarların təşəbbüslərinə ehtiyac var: “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmi Sahibkarlığın İnkişafı Fondu tərəfindən icra ediləcək”.

Xatırladaq ki, “1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi” bu gün Bakı İdman Sarayında işə başlayıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 100-ə yaxın yerli şirkət tərəfindən istehsal edilən məhsullar və istehsal texnologiyaları təqdim olunacaq. Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən şirkətlərin məhsulları qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları kimi sahələri əhatə edəcək.

Sərginin məqsədi yerli məhsulların geniş istehlakçı auditoriyasına tanıdılması, yerli brendlərin istehsal texnologiyaları barədə alıcıları məlumatlandırmaq, alıcılar və satıcılar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerli məhsulların ixracı sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Əvvəlki Yazı

Prezident Ərdoğan: Baydenlə görüş gündəmimizdə deyil

Növbəti Yazı

Lənkəranın sabiq bələdiyyə sədrinin cinayət işinin istintaqı yekunlaşıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.