Azərbaycanla Macarıstan arasında ticarət münasibətləri inkişaf edir, lakin bu, potensialı tam əks etdirmir.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında deyib/
Onun sözlərinə görə, Azərbaycanla Macarıstan arasında ticarət, energetika, humanitar və digər sahələrdə geniş əməkdaşlıq var: “Ölkələrimiz arasında güclü siyasi dialoq qurulub”.
Nazir 2024-cü ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Macarıstan ilə ticarət dövriyyəsinin 40,49 % artdığı bildirilib.