Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Şirvan şəhər Gənclər Evində Şirvan şəhəri və Hacıqabul rayonundan olan vətəndaşları qəbul edib.
“Report”un DGK-ya istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Şirvan şəhərinin və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.