İyun 17, 2025-12:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Şahin Mustafayev: Bu il Rusiya ilə ticarətdə yeni göstəricilərə çatmaq üçün bütün imkanlar var

2024:02:28 - 17:51
in İQTİSADİYYAT
A A

2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin dəyəri rekord həddə – 4,4 milyard ABŞ dollarına çatıb və 2024-cü ildə bu göstəricini keçmək üçün hər cür imkan var.

“Report” xəbər verir ki, bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Bu ilin nəticələrinə əsasən, biz yeni, daha yüksək göstəricilərə çatacağımıza ümid edirik”, – o vurğulayıb.

Hökumət rəsmisinin sözlərinə görə, son illər əməkdaşlığın demək olar ki, bütün sahələrində – investisiya, sənaye kooperasiyası, nəqliyyat və energetika, kənd təsərrüfatı, mədəni-humanitar və bir çox digər sahələrdə əməkdaşlıq sahəsində mühüm irəliləyiş əldə olunub: “Mən investisiya sahələrində qarşılıqlı əlaqəni xüsusilə qeyd etmək istərdim. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından, Rusiya isə Azərbaycan iqtisadiyyatına 8,7 milyard ABŞ dollarından çox sərmayə yatırıb. Hazırda Azərbaycanda Rusiyanın iştirakı ilə böyük investisiya layihələri həyata keçirilir”.

Ş.Mustafayev qeyd edib ki, ötən ilin iyun ayında Cəbrayıl rayonunda “KamAZ”ın iştirakı ilə yaradılmış yük avtomobillərinə və kənd təsərrüfatı texnikasına xidmət mərkəzi fəaliyyətə başlayıb: “Mühüm layihələr arasında “KamAZ” və “Ural” yük avtomobillərinin istehsalı və yığılması layihələrini, istifadəyə verilmiş “QAZel” avtomobillərinin yığılması zavodunu, Azərbaycanda dərman preparatları istehsal edən “R-Pharm” şirkətini qeyd etmək olar. Bu gün Şəki Şərab müəssisəsinə (“Abrau-Durso” şirkətinin layihəsi) investisiya qoyuluşu layihəsi həyata keçirilir”.

O qeyd edib ki, Azərbaycan şirkətləri də Rusiya iqtisadiyyatına fəal şəkildə sərmayə qoyur: “Onların layihələrinə Yessentuki şəhərində “İstochnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodu, Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi daxildir”.

Əvvəlki Yazı

Azərbaycan Çin şirkəti ilə nəqliyyat sahəsində müzakirələr aparıb

Növbəti Yazı

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü üçtərəfli formatda davam edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.