İyun 15, 2025-20:48
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Şahin Mustafayev Dağıstanın Hökumət sədrinin müavini ilə görüşdü

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Dağıstan Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedov ilə görüşüb.

Bu barədə Teleqraf-a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq çərçivəsində, xüsusilə də ortaq tarixi və mədəni dəyərlərlə bağlı olan Azərbaycan-Dağıstan münasibətlərinin xüsusi önəm daşıdığı vurğulanıb.

Həmçinin, Azərbaycan və Dağıstan arasında əməkdaşlıq münasibətlərinin ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye kooperasiyası, kənd təsərrüfatı və aqrar sənaye, eləcə də humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.

Görüşdə, həmçinin 2023-2025-ci illər üzrə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planının icrası müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsi məqsədilə perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.