Sentyabr 13, 2025-19:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Şahin Seyidzadə: “Azərbaycanda arxeoloji axtarışların aparılması vacibdir”

2024:05:23 - 14:26
in MƏDƏNİYYƏT
A A

Azərbaycanın zəngin tarixi keçmişinin araşdırılması məqsədi ilə tədqiqat və arxeoloji axtarışların aparılması vacibdir.

“Report” xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.

“İctimai təkamül irəli getdikcə keçmişin elmi tədqiqatı üzrə işlərə, xüsusən də arxeoloji axtarışlara daha da böyük diqqət göstərilməlidir. İçərişəhərdə bina və qurğuların əksəriyyəti toxunulmaz olduğu üçün, daha qədim mədəni layların araşdırılması üzrə genişmiqyaslı işlərin aparılması üçün imkanlar məhduddur. Bu mənada, qədim tikililərdə əsaslı təmir tələb edən vəziyyət yarandıqda İdarəmiz üçün mümkün arxeoloji kəşflər üçün fürsət açılır”, – Ş. Seyidzadə qeyd edib.

O hesab edir ki, İçərişəhərin və “Qala” qoruğunun arxeoloji araşdırmalar üçün potensialı demək olar tükənməzdir:

“İdarəmiz bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası və onun müvafiq institutları, o cümlədən Arxeologiya və Antropologiya İnstitutu və digər təşkilatları ilə arxeoloji tədqiqatların aparılması və birgə fəaliyyətlərin həyata keçirilməsində çox maraqlıdır”.

Qeyd edib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Qala” Qoruğu ərazisində iyulun 5-20 tarixlərində arxeoloqların beynəlxalq yay düşərgəsi keçiriləcək.

“Bu beynəlxalq düşərgədə 20-dən çox ölkənin arxeoloqlarının iştirakı gözlənilir. Ümidvaram ki, ölkəmizdə bu tipli tədbirlərin keçirilməsi gənc alim kadrlarının yetişdirilməsinə böyük töhfə verəcək”, – Ş. Seyidzadə vurğulayıb.

Əvvəlki Yazı

Samir Şərifov: “Büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsi haqsız gəlir əldə etməkdir”

Növbəti Yazı

Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.