Avqust 20, 2025-18:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Şair Məmməd İsmayıl vəfat edib

2025:08:19 - 16:59
in HADİSƏ
A A
Şair Məmməd İsmayıl vəfat edib.

Bu barədə APA-ya şair Ehtiram İlham xəbər verib.

O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.

Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.

Xatırladaq ki, Məmməd İsmayıl 1939-cu ildə Tovuzun Əsrik-Cırdaxan kəndində doğulub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini, 1975-ci ildə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdindəki ikiillik Ali Ədəbiyyat kursunu bitirib.

“Azərbaycan Dövlət Radio və Televiziya” komitəsində redaktor, böyük redaktor, şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetində müxbir, C.Cabbarlı adına Azərbaycanfilm studiyasının Elmi-kütləvi sənədli filmlər birliyində baş redaktor, “Yazıçı” nəşriyyatında şöbə müdiri və baş redaktorun müavini və sair vəzifələrdə çalışıb, o cümlədən 1992–1993-cü illərdə “Azərbaycan Televiziya və Radio Verilişləri” şirkətinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

O, həmçinin Türkiyədə pedaqoji fəaliyyət göstərib.

14 yaşından bədii yaradıcılıqla məşğul olan Məmməd İsmayıl “Ana əlləri”, “Dünyaya baxıram”, “Axşamlar, səhərlər”, “Söz vaxtına çəkər”, “Qoymayın dünyanı adiləşməyə”, “Baxtıma düşən gün” və başqa şeir kitablarının müəllifidir.

Allah rəhmət eləsin.

 

Əvvəlki Yazı

Binəqədidə avtobus dayanacağına ziyan vuran şəxs saxlanılıb

Növbəti Yazı

Ramana qəsrinin qədim yaşayış məskənin mərkəzində inşa edildiyini təsdiqləyən artefaktlar tapılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.