May 24, 2026-5:15
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Şair Ramaldanov: Aprelin ilk 4 günü 44 günlük Vətən müharibəsinin sınaq meydanı idi

2026:04:02 - 17:37
in SİYASƏT
A A

2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, operativ reaksiyasının və müasir hərbi yanaşmalarının real şəraitdə sınaqdan keçdiyi mühüm mərhələ kimi tarixə düşüb.

Bu fikirləri hərbi ekspert Şair Ramaldanov AZƏRTAC-a açıqlamasında bildirib.

Düşmənin aprelin 1-dən 2-nə keçən gecə atəşkəsi növbəti dəfə kobud şəkildə pozaraq iriçaplı pulemyotlar, minaatanlar və artilleriya vasitələri ilə yaşayış məntəqələrini və dinc əhalini hədəfə aldığını deyən ekspert bildirib ki, məhz bundan sonra Azərbaycan Ordusunun həmin istiqamətlərdə yerləşən bölmələrinə düşmənə qarşı cavab tədbirlərinin görülməsi əmri verildi”, – deyə ekspert vurğulayıb.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycan Ordusu qısa müddətdə təmas xəttinin müxtəlif istiqamətlərində mühəndis maneələrini dəf edərək düşmənin yerləşdiyi strateji yüksəklikləri ələ keçirməyə nail olub. Bu, həm Talış istiqamətində, həm də Lələtəpə yüksəkliyi ətrafında baş verdi. Nəticədə böyük ərazilər nəzarət altına götürüldü və yaşayış məntəqələrinin, dinc əhalinin təhlükəsizliyi təmin olundu.

Ekspert əlavə edib ki, döyüşlər cəmi 4 gün davam etsə də, bu qısa müddətin əhəmiyyəti sonrakı mərhələdə daha dərindən dərk olundu. “Biz bu 4 günün real qiymətini Vətən müharibəsi zamanı əldə olunan Zəfərdən sonra daha aydın gördük. Aprel döyüşləri Azərbaycanın torpaqlarını işğaldan azad etməsi istiqamətində əsas mərhələlərdən biri oldu”, – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Aprel döyüşlərinə qədər də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən ordu quruculuğu daim diqqət mərkəzində saxlanılır, ordu müasir silahlarla təchiz edilir və genişmiqyaslı hərbi təlimlər təşkil olunurdu. “Minlərlə şəxsi heyətin cəlb olunduğu təlimlərdə yeni silahların tətbiqi, idarə edilməsi və müxtəlif taktiki yanaşmalar sınaqdan keçirilirdi. Lakin istənilən təlimlə müqayisədə real döyüşün əhəmiyyəti tamamilə fərqlidir və aprel hadisələri bunu bir daha təsdiqlədi”, – deyə ekspert qeyd edib.

Ş.Ramaldanov bildirib ki, Aprel döyüşləri zamanı yeni nəsil silahların real döyüş şəraitində tətbiqi onların effektivliyini müəyyənləşdirməyə imkan verdi. Dağlıq, meşəlik və mürəkkəb relyefdə hansı silahların daha effektiv olduğu müəyyən edildi və sonrakı mərhələdə həmin silahların alınmasına üstünlük verildi.

Bu döyüşlər kəşfiyyat sahəsində də yeni yanaşmaların tətbiqinə təkan verdi. Artıq klassik üsullardan fərqli olaraq pilotsuz uçuş aparatlarının imkanlarından istifadə edilməklə kəşfiyyatın daha effektiv aparılması təmin olundu. Bu isə döyüş meydanında operativ qərarların qəbuluna ciddi təsir göstərdi.

Xüsusi təyinatlı bölmələrin fəaliyyəti də Aprel döyüşlərində özünü aydın şəkildə göstərdi. Xüsusi təyinatlılarımız digər bölmələrlə koordinasiyalı şəkildə düşmən arxasına sızaraq qısa müddətdə düşmən mövqelərini zərərsizləşdirdi. Bu taktika sonradan Vətən müharibəsində də geniş tətbiq olundu.

Ş.Ramaldanov bildirib ki, Aprel döyüşlərindən sonra orduda idarəetmə, bölmələrarası əlaqələndirmə və koordinasiya məsələlərinə yenidən baxıldı, təkmilləşdirmə işləri aparıldı. Eyni zamanda, şəxsi heyətin yüksək ruh yüksəkliyi daha da artdı. Bu döyüşlərdə iştirak edən və etməyən bütün hərbi qulluqçuların qələbəyə inamı daha da möhkəmləndi.

“Aprel döyüşləri həm də xalq–dövlət–ordu birliyinin sınağı oldu. Azərbaycan cəmiyyəti dövlət başçısının ətrafında sıx birləşərək torpaqların azad olunması istiqamətində atılan addımlara dəstəyini açıq şəkildə nümayiş etdirdi.

Aprel döyüşlərində əldə olunan uğur Azərbaycan Ordusunun gələcək inkişafında, döyüş hazırlığında və kadr potensialının gücləndirilməsində mühüm rol oynadı. Bu döyüşlərdə çıxarılan dərslər sonrakı mərhələdə düzgün təhlil edilərək tətbiq olundu”, – deyə o qeyd edib.

Sonda ekspert bildirib ki, Aprel döyüşləri Azərbaycan Ordusunun qısa müddətdə işğalçı qüvvələri darmadağın edərək ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu nümayiş etdirdi. “Bu, bir növ qələbənin anonsu idi. 4 günlük Aprel döyüşləri sonradan 44 günlük Vətən müharibəsinə aparan yolun başlanğıcı oldu və bu yol Azərbaycanın Zəfəri ilə nəticələndi”, – deyə Şair Ramaldanov vurğulayıb.

Əvvəlki Yazı

Prezident İlham Əliyevin siyasətində Türk dünyasının birliyi mühüm yer tutur

Növbəti Yazı

Türk dövlətlərinin siyasi və iqtisadi əməkdaşlığının inkişafı: Bakı görüşü yeni mərhələnin başlanğıcına yol açır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.