Gürcüstan parlamentinin 11-ci çağırış deputatları Şalva Papuaşvilini yenidən qanunverici orqanın spikeri seçiblər. Səsvermə parlamentin saytında yayımlanıb.
Papuaşvilinin parlament sədri vəzifəsinə namizədliyi yeganə olub. Bunu hakim “Gürcü arzusu” fraksiyası təklif edib. Papuaşvili 2021-ci ildən Gürcüstan parlamentinin sədri vəzifəsini icra edir. (Tass)