Avqust 11, 2025-11:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Şamaxıda COP-a üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal görüş keçirilir

2025:07:23 - 12:29
in SOSİAL
A A

Bu gün Şamaxıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına (COP) üzv ölkələrin nümayəndə heyətlərinin qeyri-rəsmi görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə 40-dək ölkədən nümayəndələr və danışıqlar qrupu iştirak edir. Görüş COP29-un nəticələri və ilk Qlobal Yoxlama Prosesi (Global Stock-take) əsasında qarşıdan gələn COP30 iqlim Zirvəsi üçün çoxtərəfli əməkdaşlığın gücləndirilməsi və Paris Sazişinin hədəflərinə sadiqliyin bir daha təsdiqlənməsi baxımından mühüm fürsət kimi qiymətləndirilir.

Artıq sayca ikinci dəfə təşkil olunan xarici nümayəndə heyətlərinin qeyri-rəsmi toplantısı COP29 Sədrliyi üçün danışıqçılar, diplomatlar və danışıqlar qruplarının üzvləri arasında inklüziv və sərbəst müzakirə platforması yaradır. Bu çərçivədə Şamaxıda keçirilən görüş, COP29-da əldə edilmiş əsas nəticələrdən biri olan Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) qəbuluna, xüsusilə iqlim maliyyələşməsi sahəsində dəstəyin artırılmasına dair mühüm zəmin formalaşdıracaq.

Mütəxəssislərin fikrincə, qarşıdakı illərdə diqqət məhz bu qərarların praktiki icrasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və Paris Sazişinin bütün istiqamətləri üzrə fəaliyyətin sürətləndirilməsinə yönəldilməlidir. Bu məqsədlə COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə rəhbər heyətin Şamaxı görüşü keçirilir.

Qeyri-rəsmi formatda keçirilən bu platforma yüksəksəviyyəli nümayəndələr arasında açıq və nəticəyönümlü fikir mübadiləsinə imkan yaradır. Görüşün məqsədi mövcud siyasi mənzərənin birgə dəyərləndirilməsi, mövqelərin, təşəbbüslərin və təkliflərin yaxınlaşdırılması, habelə COP30-un Belem şəhərində uğurla yekunlaşmasını təmin edəcək ortaq Yol Xəritəsinin müəyyənləşdirilməsidir.

Ötən ay Almaniyanın Bonn şəhərində keçirilmiş görüşlər iqlim danışıqlarında hələ də mövcud olan çağırışları və yaranan yeni imkanları aydın şəkildə ortaya qoyub. Bu kontekstdə Şamaxı görüşünün məqsədi rəsmi danışıqlardan kənar formatda strateji dialoqu gücləndirmək, əməkdaşlığı dərinləşdirmək və qarşıdakı aylar ərzində konkret nəticələrə nail olmaq üçün qarşılıqlı etimadı möhkəmləndirmək kimi qiymətləndirilir.

Görüş çərçivəsində “Climate Labs” adlı xüsusi tematik sessiyalar vasitəsilə “Bakıdan Belemə Yol Xəritəsi – 1,3 trilyon dollar maliyyə hədəfi”, uyğunlaşma tədbirləri, zərərlərin azaldılması, ədalətli keçid, texnologiya və digər əsas mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq. COP30-dək əsas hədəf təkcə yeni sənədlərin qəbul olunması deyil, həm də planetin iqlim gələcəyinin etibarlı müdafiəsi, maliyyə dəstəyinin artırılması, texnoloji imkanların paylaşılması və ədalətli keçidin təmin edilməsidir.

COP29 Sədrliyinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilən bu format tərəflər arasında qarşılıqlı anlayış və koordinasiyanı daha da gücləndirməyə yönəlmiş əhəmiyyətli addım kimi dəyərləndirilir.

Qeyd edək ki, “Bakıdan Belemə Yol Xəritəsi – 1,3 trilyon dollar maliyyə hədəfi” inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin ildə ən azı 1,3 trilyon dollara qədər artırılmasına şərait yaratmaq məqsədilə konkret və fəaliyyətyönümlü həllərə fokuslanıb. İqlim maliyyələşməsinin genişləndirilməsində mövcud çağırışlar və maneələr məlumdur və başa düşüləndir, lakin Yol Xəritəsində tərəflərin yaxın və ortamüddətli addımlara dair baxışlarının daha ətraflı şəkildə açıqlanmasına ehtiyac var. İki gün ərzində Şamaxıda COP29 və COP30 sədrlikləri Yol Xəritəsinin hazırlanmasında əsas elementlərin prioritetləşdirilməsini müzakirə edəcəklər.

Əvvəlki Yazı

CNN Trampın Cefri Epşteyn şirkətində arxivləşdirilmiş fotolarını yayımlayıb

Növbəti Yazı

Ortakənd–Dəmirlər və Həsənriz avtomobil yolları yenidən qurulur

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.