Avqust 25, 2025-15:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Samir Şərifov iqlim maliyyəsi məsələlərinə həsr olunmuş görüşlərə qatılıb

2024:10:25 - 17:00
in İQTİSADİYYAT
A A
Maliyyə naziri Samir Şərifov COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə iqlim maliyyəsi məsələlərinə həsr olunmuş bir sıra yüksək səviyyəli tədbir və görüşlərdə iştirak edib.“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.Məlumata görə, bu, ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində baş tutub.Oktyabrın 22-də IMF-də iqlim maliyyəsinin artırılması imkanlarının müzakirəsi məqsədilə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Braziliyanın birgə təşkilatçılığı ilə “Beynəlxalq Dayanıqlı Maliyyə Arxitekturası: COP-lar arasında nəticə əldə etmək üçün sürəti və ambisiyanı qorumaq” mövzusunda tədbir keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil və BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva ilə yanaşı, bir sıra dövlət nümayəndələrinin, beynəlxalq maliyyə institutlarının, fondların, beyin mərkəzlərinin və özəl maliyyə təşkilatlarının rəhbər şəxslərinin də iştirak etdiyi tədbirin açılış hissəsində çıxış edən S.Şərifov iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrin tələblərinə cavab verəcək ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) cari ilin sonuna kimi qəbul edilməsinin vacibliyini vurğulayıb. O, G20 maliyyə nazirlərini NCQG mövzusunda birgə addımlar atmağa çağıraraq iqlim maliyyəsi üçün çoxtərəfli inkişaf banklarının resurs bazalarının artırılmasının zəruriliyini qeyd edib.İllik Toplantı çərçivəsində maliyyə naziri həmçinin COP29-un nümayəndə heyəti ilə birlikdə BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva, Dünya Bankı Qrupunun Prezidenti Acay Banqa, Asiya İnkişaf Bankının Prezidenti Masatsuqu Asakava və Dünya Bankı Qrupunun İnkişaf və Əməkdaşlıqlar üzrə Baş İcraçı Direktoru Aksel Von Trotsenburq ilə görüş keçirərək COP29-un beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarından gözləntiləri və iqlim maliyyəsinin artırılması imkanları ilə bağlı müzakirələrə qoşulub və Azərbaycanın cari ildə üzv olduğu İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasının 12-ci Nazirlər Toplantısında, habelə Braziliya İqlim və Ekoloji Transformasiya İnvestisiya Platformasının (BIP) təqdimat tədbirində iştirak edib.Bununla yanaşı, S.Şərifov BVF və Dünya Bankı Qrupunun İllik Toplantısı çərçivəsində təşkil olunmuş Körfəz Əməkdaşlıq Şurası və Qafqaz və Mərkəzi Asiya ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edib. İclasda iki region arasında ticarət və maliyyə axınlarının mövcud vəziyyəti, əməkdaşlığa mane olan çətinliklər və bu çətinliklərin həlli yolları ilə bağlı müzakirə aparılıb. Maliyyə naziri öz çıxışında regionlar arasında ticarət və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanların olduğunu qeyd edərək ölkələr arasında investisiyaların və işçi qüvvəsinin sərbəst hərəkətinin qarşılıqlı təşviqinin, balanslı və yumşaq enerji keçidinin təmin olunması istiqamətində əməkdaşlığın gücləndirilməsinin və innovativ maliyyə alətlərinin tətbiq edilməsinin əhəmiyyətini vurğulayıb.Vaşinqtona səfəri çərçivəsində maliyyə naziri həmçinin Qara Dəniz Ticarət və İnkişaf Bankının Prezidenti Serhat Köksal, Bolqarıstanın Baş nazirinin müavini və maliyyə naziri xanım Lyudmila Petkova və BVF-nin icraçı direktoru Marsel Piter və onun əvəzedicisi Patrik Loşevski ilə ikitərəfli görüşlər keçirib və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.

Əvvəlki Yazı

İsrail ordusu Livandan 30 raket atıldığını qeydə alıb

Növbəti Yazı

Media: Zelenski BRİKS sammitindən sonra Quterreşin Ukraynaya səfərini rədd etdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.