İyun 24, 2025-2:16
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Samuxlu fermerlər aqrar sığorta sahəsindəki yeniliklər barədə məlumatlandırılıblar

2024:03:06 - 13:04
in İQTİSADİYYAT
A A

Aqrar Sığorta Fondu və Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta” adlı tədbirdə kənd təsərrüfatı heyvanlarının və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər müzakirə edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Arif Ağayev Samuxda xüsusilə çoxsaylı heyvandarlıq təsərrüfatlarının mövcud olduğunu, eləcə də son illər meyvə bağlarının salındığını bildirib.

Qeyd edilib ki, Samux rayonundakı 25,6 min hektar əkin sahəsinin 10,7 min hektarı taxıl əkinləri, qalan hissəsi isə digər bitkilərin əkini üçün istifadə olunur. Rayonda əkin sahələrinin 8,8 min hektarı sığortalanıb.

A.Ağayev təsərrüfatların qorunması üçün aqrar sığortanın əhəmiyyətini qeyd edərək, fermerləri bu imkandan yararlanmağa çağırıb.

Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov aqrar sığorta mexanizmi, onun əhatə etdiyi məhsullar və risklər barədə məlumat verib. Onun sözlərinə görə, sığorta haqqının 50 faizinin dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər cüzi məbləğ ödəməklə təsərrüfatlarını müxtəlif risklərdən sığorta edə bilərlər.

R.Əmircanov aqrar sığortanın xüsusilə son dövrlər Samuxda geniş salınan şaftalı, nektarin, ərik bağları üçün mühüm olduğunu deyib, fermerlərin yeni salınan bağların tingini, ağacları və toplanacaq məhsulu sığorta edə biləcəklərini qeyd edib.

Görüşdə keçirilən təqdimatda bildirilib ki, 660 ting olan 1 hektarlıq sahədəki tinglərin qorunması cəmi 14-15 manata, ildə 20 manatlıq məhsul verən bir meyvə ağacının sığortası isə fermerlərə 30-40 qəpiyə başa gəlir.

Xatırladaq ki, Samux rayonunda çoxsaylı heyvandarlıq təsərrüfatları da var. Hazırda rayonda 23,7 min baş iribuynuzlu, 123 min baş xırdabuynuzlu olmaqla, ümumilikdə, 146,7 min kənd təsərrüfatı heyvanı var.

Tədbirdə diqqətə çatdırılıb ki, qaydalara edilən dəyişikliyə əsasən heyvanların sığorta tarifləri aşağı salınıb, nəticədə min manatlıq mal-qaranı (inək, camış və sair) cəmi 26 manata, 300 manat qiyməti olan xırdabuynuzlu heyvanı (qoyun və keçi) cəmi 7,8 manata sığorta etmək mümkündür. Sığortalanmaq üçün heyvanlar qeydiyyatdan keçirilməli və müvafiq qaydada birkalanmalıdır.

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortaya xüsusilə heyvandarlıq təsərrüfatlarının marağı artmaqdadır.

İştirakçılar taxıl və meyvə bağlarının sığortası, eləcə də kənd təsərrüfatı heyvanlarının sığortası ilə bağlı Aqrar Sığorta Fondu nümayəndələrinə çoxsaylı suallar ünvanlayıb, təkliflər səsləndiriblər.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və “Bitkiçilik sığortası kalkulyatoru” və “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür.

Fermerlər, həmçinin Fondun (1651) “Çağrı mərkəzi”nə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

Əvvəlki Yazı

Naxçıvan “ASAN xidmət” mərkəzində kommunal ödənişlər nağdsız həyata keçirilir

Növbəti Yazı

Şagirdlərdə riyaziyyat fənninə necə maraq oyatmalı? – ekspert rəyi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.