Tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Samvel Şahramanyan artıq Ermənistan ərazisindədir, o, Azərbaycan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılmayıb. Bu barədə TASS-a onun yaxın çevrəsindəki mənbə məlumat verib.
“Samvel Şahramanyan artıq Ermənistandadır, o, saxlanılmayıb”, – həmsöhbət qeyd edib.
TASS-a Bakı və İrəvanın rəsmi nümayəndələrinin heç bir şərhi yoxdur.