Suriya ordusu son 48 saat ərzində silahlı qrupların yaraqlılarından azad edilən Həma əyalətində (Suriyanın qərbində) yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görür. Bu barədə SANA dövlət agentliyi məlumat yayıb.
Onun məlumatına görə, söhbət vilayətin şimalında və şimal-qərbində yerləşən Teybət əl-İmam, Halfaya və Qalaat əl-Madyk kəndlərindən gedir. Orada ordunun nəzarət-buraxılış məntəqələri qurulub.
Bundan əvvəl “Şam FM” radiostansiyası məlumat vermişdi ki, Suriya ordusu və müttəfiq qüvvələri Həma şəhərinin şimal-şərqində (eyni adlı əyalətin inzibati mərkəzi) Fan əl-Vəstani kəndinə silahlıların hücumunu dəf edib. (Tass)