Suriyanın keçid hökumətinin Müdafiə Nazirliyinin hərbi polisi ölkənin qərbində baş verən toqquşmalar zamanı dinc əhaliyə qarşı cinayət törətdiklərinə görə iki döyüşçünü saxlayıb. Bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, iki nəfər respublika sahillərində yerləşən kəndlərdən birində “mülki əhaliyə qarşı amansız cinayətlər” törətdiklərini əks etdirən videonun internetdə yayılmasından sonra saxlanılıb. Onların hərbi məhkəmə qarşısına çıxarılacağı qeyd edilir. SANA agentliyinin skrinşotunu dərc etdiyi videoda əllərində pulemyot olan iki kişi skuterlə evlərdən birinə gəlib və silahsız bir kişini güllələyib.
Bundan əvvəl Suriyanın keçid hökumətinin İnformasiya Nazirliyi bir neçə gündür Suriya təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsədin tərəfdarları arasında toqquşmaların davam etdiyi ölkənin qərb əyalətlərində dinc əhaliyə qarşı kütləvi repressiyalar barədə xəbərləri etibarsız adlandırıb. Agentlik foto və videoların yayılmasında günahı “düşmən tərəflər”in üzərinə atıb ki, onlar “mətbuat vasitəsilə təhrik kampaniyalarını gücləndirir, xaos səpmək və dezinformasiya yaymaq istəyirlər”.