Avqust 12, 2025-17:17
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş kitabın təqdimatı olub

2025:06:26 - 14:40
in GÜNDƏM
A A

AMEA Lənkəran Regional Elmi Mərkəzində (REM) Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan “Zəngəzur yazarlarının Zəfər çələngi” toplusunun təqdimat mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə layihənin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, REM-in direktoru, dosent Mehman Qaraxanoğlu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran Regional Bölməsinin müdiri Qağayı Məmmədov, şəhid Mahsun Bağırzadənin atası Zahir Bağırov və başqa çıxış edənlər bu nəşrin yaşadığımız şərəfli günlərin, ümumxalq fikrinin, düşüncəsinin ədəbi-bədii inikası olduğunu, ölkəmizin ədəbi-mədəni həyatında əhəmiyyətli hadisəyə çevriləcəyini, gənc nəslin vətənsevərlik ruhunda böyüməsində, bədii, estetik tərbiyəsində müsbət rolunu vurğulayıblar.

Qeyd edilib ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan eyni adlı layihəsi çərçivəsində buraxılan kitabda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda – Cəbrayıl, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan 250 müəllifin şeir, hekayə, esse, publisist yazıları, eləcə də müsahibə, roman və poemalarından parçalar toplanıb.

Almanaxın nüsxələri şəhid ailələrinə, qazilərə, təqdimatda iştirak edənlərə, ölkəmizin elm, təhsil, mədəniyyət müəssisələrinə, ictimai təşkilatlara, dövlət, qeyri-hökumət təşkilatlarına, hərbi hissələrə, müəlliflərə paylanıb.

Əvvəlki Yazı

DİN əməliyyat keçirdi – 60 kq narkotik vasitə dövriyyədən çıxarıldı

Növbəti Yazı

İspaniyanın Baş naziri Aİ-nin İsrail və Rusiyaya yanaşmalarında ikili standartları tənqid edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.