May 14, 2025-8:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Saxlanılan hərbçilərin dəyişdirilməsi – Azərbaycan Prezidentinin humanizm prinsiplərinin növbəti təzahürü ŞƏRH

2023:12:13 - 17:54
in SİYASƏT
A A

Ermənistanla Azərbaycan arasında hərbçilərin dəyişdirilməsi ilə bağlı razılığın əldə olunması birbaşa olaraq Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin humanizm prinsiplərinin növbəti təzahürüdür.

Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi ekspert Sahil Kərimli bildirib.

O vurğulayıb ki, bu, həm də Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına verdiyi böyük dəyərin göstəricisidir.

“Xeyli müddətdir ki, Ermənistanda saxta ittihamlarla saxlanılan iki hərbçimizin geri alınması onların ailələrinin və yaxınlarının böyük sevincinə səbəb olub. Bu ailələr öz doğmalarına qovuşduqları üçün dövlətimizə minnətdardır. Diqqət çəkən məqamlardan biri də, Azərbaycanla Ermənistan arasında əldə edilmiş bu razılıq heç bir vasitəçi olmadan həyata keçirilib”, – deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi ekspertin sözlərinə görə, tərəflər, xüsusilə də Azərbaycan bir daha nümayiş etdirdi ki, Ermənistanla Azərbaycan arasında sülh prosesində, münasibətlərin normallaşdırılması istiqamətində üçüncü tərəfə və ya vasitəçiyə ehtiyac yoxdur. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, bölgədə uzunmüddətli sülh və dayanıqlı təhlükəsizliyin əldə edilməsi istiqamətində atılan addımlar öz müsbət nəticələrini verməkdədir.

“Bu da onu göstərir ki, uzun illərdən sonra ilk dəfə olaraq Ermənistanla Azərbaycan arasında buzlar əriyir, qarşılıqlı etimad yaranır və tərəflər xoş niyyətlərini nümayiş etdirir. Hesab edirəm ki, bu uğur həm də Azərbaycanın qətiyyətli, haqlı və ədalətli mövqeyi nəticəsində mümkün olub”, – deyə Sahil Kərimli vurğulayıb.

Əvvəlki Yazı

Azərbaycan Prezidenti: İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici mərhələsindəyik

Növbəti Yazı

Saxlanılan hərbçilərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım hesab edilir ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.