Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) qarşı sanksiyalar tətbiq etmək qərarını kəskin tənqid edib.
Şolz Lüdviqsburqda (Baden-Vürtemberq) seçki kampaniyası çərçivəsində keçirilən tədbirdə deyib: “Mən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etməyi düzgün hesab etmirəm”.
O deyir ki, əsəbiləşmək və hər şey haqqında mübahisə etmək tamamilə normaldır. “Ancaq sanksiyalar səhv alətdir. Onlar bu dünyanın diktatorlarının insanları təqib edib müharibələrə başlaya bilməmələrini təmin etməli olan qurumu təhlükə altına qoyur”, – Almaniya hökumətinin başçısı bildirib. (Tass)