Almaniya kansleri Olaf Şolz gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. Bu barədə Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Volfqanq Büxner brifinqdə jurnalistlərə bildirib.
“Kansler gələn həftənin sonunda Türkiyəyə səfər edəcək və oktyabrın 19-da, şənbə günü İstanbulda prezident Ərdoğanla görüşəcək”, – deyə o bildirib. Danışıqlardan sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.
Büchner qeyd edib ki, danışıqlarda böyük ehtimalla Ukraynadakı münaqişə və Yaxın Şərqdəki vəziyyət, həmçinin miqrasiya problemi müzakirə olunacaq. (Tass)