Almaniya kansleri vəzifəsini icra edən Olaf Şolz (Almaniya Sosial Demokrat Partiyası, SPD) mayın 6-da Bundestaqda keçiriləcək səsvermə zamanı Fridrix Merzin hökumət başçısı vəzifəsinə namizədliyini dəstəkləyəcək.Bu barədə brifinqdə hazırkı kabinetin rəsmi nümayəndəsi Şteffen Hebestreit məlumat verib.
Şolzun parlament seçkilərində qalib gələn CDU/CSU blokunun namizədinə səs vermək niyyətində olub-olmaması ilə bağlı suala “Əlbəttə” deyib
Çərşənbə günü məlum olub ki, SPD üzvləri CDU/CSU ilə koalisiya sazişini təsdiqləyib və bununla da Almaniyada yeni hökumətin qurulmasına yol açıb.
Şolz mayın 6-da kansler vəzifəsini tərk edəcək, lakin parlamentin üzvü olaraq qalacaq. Fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində o, Brandenburqdakı seçki dairəsində birbaşa mandat qazanıb. (Tass)