Həmas-ın bütün fələstinlilərin adından danışmaq hüququ yoxdur və Qəzzanın dinc əhalisi də radikalların qurbanıdır. Bunu Almaniya kansleri Olaf Şolz Berlində İordaniya kralı II Abdulla ilə keçirdiyi mətbuat konfransında deyib.
“HƏMAS-dan bütün zorakılıq dəhşətinə baxmayaraq, ayırd etmək vacibdir: Fələstinlilər Həmas deyillər. Həmas onların adından danışmaq hüququna malik deyil. Qəzzanın Fələstin əhalisi də HƏMAS-ın qurbanıdır” deyib.
Kanslerin gün ərzində İsrailə səfər edəcəyi gözlənilir. (Tass)