Almaniya kansleri Olaf Şolz ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından ərəb ölkələrinə daimi köçürülməsi planına qəti şəkildə qarşı çıxıb.
Şolz Baden-Vürtemberq əyalətinin Lüdviqsburq şəhərində keçirilən seçki kampaniyası tədbirində deyib: “Prezident Trampın irəli sürdüklərini tamamilə rədd edirəm. Qəzza əhalisini Misir və İordaniyaya köçürməməliyik”. Kansler əlavə edib ki, Yaxın Şərqdə gərginliyin daha da artmasının qarşısını almaq və Fələstin və İsrail arasında dinc yanaşı yaşamaq üçün mümkün olan hər şeyi etmək lazımdır. (TASS)