Berlin Kiyevə ümumi dəyəri təxminən 1,1 milyard avro olan yeni hərbi yardım paketi verəcək.Bunu Almaniya kansleri Olaf Şolz Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Bu gün biz Ukraynaya təxminən 1,1 milyard avro məbləğində yeni hərbi yardım paketini işə salırıq”, – deyə o bildirib. Hökumət başçısının sözlərinə görə, bu tədbirlər kompleksinə, xüsusən, “sənaye ehtiyatlarından 36 tank və ya daha dəqiq desək, təkərli haubitsa”, 120 min artilleriya mərmisi və 2 yeni hava hücumundan müdafiə sistemi daxildir.
“Ümumilikdə Almaniya indiyədək Ukraynaya hərbi dəstək üçün vəsait ayırıb və ya gələcək xərclər üçün təxminən 28 milyard avro məbləğində öhdəliklər götürüb”, – Scholz bildirib. O xatırladıb ki, Berlin Kiyevə hərbi yardımın həcminə görə ikinci yerdədir. (Tass)