AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının iqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, bu il “Yaşıl dünya naminə həmrəylik ili”nin elan edilməsi və ölkəmizdə mötəbər tədbirlərdən olan COP29-un keçirilməsi ərəfəsində bir sıra tədbirlərin müəyyənləşdirilməsi bir daha bu sahəyə verilən yüksək dəyərin bariz nümunəsidir: “Görülən işlərə töhfə verilməsi məqsədilə biznes mühiti və beynəlxalq reytinqlər komissiya çərçivəsində ətraf mühit məsələlərinin də daxil olduğu ESG çərçivəsinin yaradılması istiqamətində təşəbbüslərin koordinasiyası bu sahədə müvafiq təkliflərin müəyyənləşdirilməsinə nail olmaqdır”