ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması səbəbindən qlobal təsir və liderliyini itirəcək. Bu fikri amerikalı demokrat senator (Nyu Cersidən) Endi Kim bildirib.
“ABŞ Prezidenti Donald Trampın hərəkətləri Amerikanın qlobal liderliyini və təsirini zəiflədir. Xaricdə yardımımız xəstəlik və aclıqla mübarizəyə kömək edir, eyni zamanda bu, Çin, Rusiya və İrandakı avtoritar liderlərin ekspansionist ambisiyalarını cilovlamaq üçün bir vasitədir” deyib.
Bloomberg hesab edir ki, USAİD-in bağlanmasının geniş geosiyasi nəticələri, o cümlədən ABŞ-a miqrant axınının artmasına gətirib çıxaracaq. Adı açıqlanmayan çinli məmur Bloomberg-ə deyib ki, Vaşinqtonun qərarı potensial tərəfdaşlarının itirilməsinə gətirib çıxaracaq və ABŞ-ın özünə zərər verəcək. (Tass)