Seneqalda iğtişaşlar zamanı 3 nəfər ölüb. Bu barədə Agence France-Presse məlumat yayıb.
Daha əvvəl qeyd olunub ki, Seneqal hüquq-mühafizə qüvvələri müxalifətin prezident seçkilərinin ləğvinə qarşı keçirilən kütləvi nümayişlərini dağıdıb. Qərbi Afrika ölkəsinin Dakar və bir sıra digər şəhərlərində etirazlar keçirilib. İndiki hakimiyyətin əleyhdarlarının çağırışı ilə gənclərdən ibarət izdiham küçələrə çıxaraq polislə toqquşub. Nümayişçilər avtomobil təkərləri ilə küçələri bağlayaraq yandırıblar. Buna cavab olaraq polis gözyaşardıcı qaz qumbaralarından istifadə edib. Fəallar qısa müddətə saxlanılıb.
Artıq bir neçə gündür ki, müxalifət partiyaları sosial şəbəkələrdə öz tərəfdarlarını əvvəlcə fevralın 25-nə təyin edilmiş prezident seçkilərinin təxirə salınmasına qarşı nümayiş keçirməyə çağırır.
Seneqal prezidenti Macky Salle daha əvvəl barışığa nail olmaq, ölkədə sabitliyi qorumaq və möhkəmləndirmək üçün yol və vasitələrin axtarışına başlamaq qərarını açıqlamışdı. Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin Vasitəçilik və Təhlükəsizlik Şurası Nigeriyanın paytaxtı Abucada keçirdiyi iclasda Seneqal siyasətçilərini təmkinli olmağa və dialoqa çağırıb. (Tass)