İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) komandirinin müşaviri Əhməd Vəhidi bildirib ki, İran silahlı qüvvələri İsrailə qarşı son zərbələr zamanı hələ də öz raket potensialından tam istifadə etməyib.
“Biz hələ strateji raket potensialımızdan tam istifadə etməmişik. Lazım bildiyimiz zaman müasir avadanlıqlarımızı döyüş meydanına gətirəcəyik. Və yeni nəsil raketlər bunun yalnız bir hissəsidir”, – o, Tasnim xəbər agentliyinə müsahibəsində vurğulayıb və İranın raketlərinin tükənməsi ilə bağlı iddiaları yalan adlandırıb. (Tass)