Serbiya Avropa İttifaqının çoxsaylı təzyiq cəhdlərinə baxmayaraq, Rusiya ilə strateji əməkdaşlığı davam etdirmək niyyətindədir. Bunu Serbiya Milli Assambleyasının Təhlükəsizlik Komitəsinin sədri, Milli Assambleyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasında (PA) daimi nümayəndə heyətinin rəhbəri Milovan Dretsun KTMT PA Şurasının iclasında deyib.
“Biz tamamilə Aİ-yə üzv dövlətlərin əhatəsindəyik və Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etmək üçün böyük təzyiq altındayıq. Biz daim yaşadığımız təzyiqlərə baxmayaraq, Rusiya Federasiyası ilə, əziz dostlarımızla strateji əməkdaşlığımızı davam etdiririk”.
Dretsun, həmçinin Serbiyanın KTMT ölkələrinin mövqeyinə və Kosovonun müstəqilliyinin tanınmaması məsələsində daimi dəstəyinə görə yüksək qiymət verdiyini və səmimi minnətdarlığını bildirib.
2025-ci ildə təşkilata sədrlik edəcək Qırğızıstanın paytaxtı Bişkekdə KTMT PA Şurasının iclası keçirilir.Şuraya Dövlət Dumasının sədri, eyni zamanda KTMT PA-ya rəhbərlik edən Vyaçeslav Volodin sədrlik edir. (Tass)