Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin Moskvada Rusiya Xarici İşlər Nazirliyinin və Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbərləri Sergey Lavrov və Sergey Narışkin ilə görüşdüyünü bildirib.
“Əlbəttə, mənim Moskvada bir neçə görüşüm olub. Xarici Kəşfiyyat Xidmətinin direktoru Narışkin və Serbiyanın böyük dostu, nazir Lavrovla görüşüm olub”, o, jurnalistlərə deyib. (Tass)