Serbiyanın Rusiyadakı səfiri Momçilo Babiç deyib ki, Rusiya indi “məğlub olmaq mümkün deyil”.
Diplomat xatırladıb ki, hələ 1812-ci ildə “10 serb generalı [feldmarşal Mixail] Kutuzovun ordusunda döyüşüb və qalib gəlib, onlardan biri sonradan Petroqradın meri olub”. “Rusiyanı məğlub etmək çətindir, mən deyərdim ki, həm o zaman, həm də indi mümkün deyil. Serblər isə çətin qozdur”, – Babiç respublikanın səfirliyində Serb Birliyi, Azadlıq və Dövlət Bayrağı Günü münasibətilə keçirilən təntənəli qəbulda vurğulayıb.
Babiç deyib ki, Qərb ölkələrinin diplomatları Moskvadakı serb həmkarlarını Rusiya ilə dostluqdan əl çəkməyə açıq şəkildə inandırmağa çalışırlar. (Tass)